Bu mövsüm iddialı olmaq istəyən “Neftçi” daha bir transfer etmək niyyətindədir.
Sportal.az xəbər verir ki, flaqman orta xətti gücləndirmək istəyir. Paytaxt təmsilçisi ingiltərəli dayaq yarımmüdafiəçisi Coş Dasilva ilə maraqlanır.
Məlumatı məşhur “Transfermarkt” platforması yayıb. Mənbə keçidinin baş vermə ehtimalını 80 faiz olaraq göstərib.
26 yaşlı futbolçu hazırda klubsuzdur. Onun bazar dəyəri 5 milyon avrodur.
Karyerasına “Arsenal”ın U-18 və U-23 komandalarında başlayan Dasilva 2018-ci ildə “Brentford”a transfer olunub.
Yarımmüdafiəçi ümumilikdə 217 oyunda meydana çıxaraq 26 qol vurub və 20 məhsuldar ötürmə edib. (Sport1.az)
saytlarin hazirlanmasi