Almaniya millisinin üzvü "Beşiktaş"da

11:10 - 15 Avqust 2025

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Şalke"də çıxış edən Taylan Bulutun keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya U-19 millisinin üzvü "Beşiktaş"la müqavilə imzalamaq üçün Türkiyəyə yola düşüb.

Qeyd edək ki, Taylan Bulut 2020-ci ildə "Şalke"nin akademiyasına qoşulub. 19 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm II Bundesliqa təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti