"Roma"nın futbolçusu derbini buraxacaq

14:34 - 16 Sentyabr 2025

"Roma"nın futbolçusu Paulo Dibala zədə səbəbindən 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Sportal.az "Gazeta Express"ə istinadən xəbər verir ki, "canavarlar"ın üzvü A Seriyasında "Torino" ilə görüşdə (0:1) zədələnib. 

31 yaşlı argentinalı futbolçu həkim müayinəsindən keçib və onun 2 həftə oynaya bilməyəcəyi dəqiqləşob.

Dibalanın sol ayağının bud nahiyəsində əzələsində gərginlik əmələ gəlib.

Argentinalı “Roma”nın “Latsio” və “Nitsa” ilə matçlarını buraxacaq.

O, 2025/26 mövsümündə üç matçda meydana çıxıb, qol vura bilməyib.
 

Xəbər xətti