"Qəbələ" "Kəpəz"i məğlub etdi, "Sabah" "Turan Tovuz"a qarşı YENİLƏNİR

19:32 - 20 Sentyabr 2025

Misli Premyer Liqasında 5-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı "Qəbələ" ilə "Kəpəz" arasında baş tutub. Oyun "qırmızı-qaralar"ın qələbəsi ilə yekunlaşıb.

İkinci oyunda isə "Sabah" öz meydanında "Turan Tovuz"u qəbull edəcək. Bu qarşılaşma 19:30-da start götürəcək.

20 sentyabr (şənbə)

“Qəbələ” – “Kəpəz” 3:0
Qollar: 
Adriel Ba Loua, 44, Prins Ovusu, 59, 66
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu, 17:00 

“Sabah” – “Turan Tovuz” 0:0 (BİRİNCİ HİSSƏ)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”, 19:30

Xəbər xətti