Enrike "Barselona"ya qayıtmağı arzulayır - seçkilər də kömək edə bilər

22:14 - 19 Sentyabr 2025

Luis Enrike yenidən "Barselona"da işləmək istəyir.

Sportal.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, PSJ-nin baş məşqçisi Kataloniya klubundakı vəziyyəti izləyir və 2026-cı ildə orada prezident seçkilərinin keçiriləcəyini bilir. Bu seçkilər ispan mütəxəssisin qayıdışına təkan verə bilər.

Qeyd olunur ki, Enrike yaxın çevrəsi ilə söhbətlərində dəfələrlə «blauqrana»nı yenidən çalışdırmaq istədiyini vurğulayıb. Luis 2014-dən 2017-ci ilə qədər "Barselona"ya rəhbərlik edib. Hazırda komandaya Hans-Diter Flik rəhbərlik edir.

Xəbər xətti