"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində səfərdə "Ayntraxt"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi qarşılaşmaya ciddi itki ilə çıxacaq.
Hücumçu Viktor Osimhen vacib oyunda komandaya kömək edə bilməyəcək. 26 yaşlı forvard kollektivlə birlikdə Almaniyaya aparılmayıb.
Osimhen Nigeriya milli komandasının heyətində zədələnib.
Qeyd edək ki, "Ayntraxt"- "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi