"Vəziyyət Erik ten Haq dövründəkindən də pis olub"

00:22 - 16 Sentyabr 2025

İngiltərə Premyer Liqasının IV turunda "Mançester Siti" doğma meydanda "Mançester Yunayted"i 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, sabiq ingiltərəli futbolçu Ueyn Runi bildirib ki, “Mançester Yunayted” hazırda Erik ten Haq dövründəkindən də pis oynayır.

"Oyunun sonlarına yaxın mən “Mançester Yunayted” azarkeşlərinin stadionu tərk etdiyini gördüm. Amorimin adını oxuyan azarkeşlər də var idi, amma məncə, azarkeşlərin getməsi güclü bir siqnaldır. Onlar gördüklərindən çox məyus idilər. Növbəti addımın nə olacağını təsəvvür etmək çətindir.

Görülən işlər nələrdir? Komandaya irəliləməyə kömək edəcək nəyi görə bilirik? Mənim fikrimcə, ötən il ten Haq işdən çıxarılandan və Ruben komandaya gələndən sonra tez-tez eşidirik ki, onlar necə oynamağı planlaşdırır və vəziyyətin necə dəyişəcəyini danışırlar. Amma məncə, əgər baş məşqçi özü ilə səmimidirsə, [etiraf edəcək ki], vəziyyət daha da pisləşib". - deyə “Mançester Yunayted”in sabiq hücumçusu "The Wayne Rooney Show" efirində bildirib.

Xəbər xətti