"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Conatan Montiel komandanın son məşqində zədələnib.
Sportal.az xəbər verir ki, ispanın zədəsinin ciddi olduğu ortaya çıxıb.
Onun bud əzələlərində gərginləşmə baş verib. Belədə, Montielin bir ay meydanlarda olmayacağı dəqiqləşib.
Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi bu mövsümün əvvəlində “Qarabağ”a keçib və hazır olmadığı üçün hələ ki yeni komandasında rəsmi debüt etməyib.