"Araz-Naxçıvan" Misli Premyer Liqasının XIII turunun oyununda səfərdə "Sabah"a 062 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, qonaqların baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çempionlar Liqasında mübarizə aparan komandaya qarşı oynamaq xoşdur. Bilirdik ki, çətin oyun olacaq. Komandamız komplektləşməyib, oyunçularımız çatmır. Futbolçular əllərindən gələni etməyə çalışdılar.

- "Araz-Naxçıvan" nə vaxt qələbə qazanacaq?

- Biz də bunu istəyirik.

- Qış fasiləsində neçə transferə ehtiyac var?

- Hər bir halda nəsə etməyə çalışacağıq.

- Növbəti iki oyun da çempionluq uğrunda mübarizə aparan komandalar qarşı olacaq. Həmin matçlarda hədəfiniz nədir?

- Meydana çıxıb oyunumuzu oynayacağıq. Futbol elədir ki, bəzən alınır, bəzən alınmır.

Elçin Əlixan