Azərbaycanlı futbolçu üçün 45 dəqiqə - komandası qələbə qazandı

00:02 - 14 Sentyabr 2025

Xorvatiyada ölkə çempionatının 6-cı turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” öz meydanında “Hayduk”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Abdullazadə oyuna start heyətində başlayıb və fasilədən sonra hesab 2:0 olarkən əvəzlənib.

Hazırda “Varajdin” 9 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

Xəbər xətti