"Qarabağ"ın rəqibinin azarkeşləri üçün biletlərin qiyməti açıqlandı

13:51 - 12 Sentyabr 2025

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 2-ci turunun "Qarabağ" - "Kopenhagen" matçında qonaq azarkeşlər üçün biletlərin qiyməti müəyyənləşib.

Sportal.az xəbər verir ki, danimarkalı fanatlar üçün biletlərin qiyməti 200 kron (53 manat) olacaq. Bu barədə "Qarabağ"ın rəqibinin mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər klubun rəsmi saytından aldıqları vauçerləri stadionda biletlə dəyişə biləcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" qarşılaşması 1 oktyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Xəbər xətti