"Səbail" iranlı hücumçu transfer etdi - RƏSMİ

19:20 - 11 Sentyabr 2025

"Səbail" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Ali Babaeini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvardla 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ali Babaei son olaraq Kosovo təmsilçisi "Dukagjini"də çıxış edib. İranlı futbolçu ötən ilin sentyabr ayında bu klubdan ayrılıb.


Xəbər xətti