"Fənərbaxça" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Brentford"da çıxış edən Yunus Emre Konakı transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İngiltərə klubu "kanarya"nın türkiyəli dayaq yarımmüdafiəçisi üçün göndərdiyi ilk təklifi qəbul etməyib. "Fənərbaxça" 19 yaşlı futbolçu üçün yeni təklif göndərəcək.
Qeyd edək ki, "Brentford" Yunus Emre Konakı 2024-cü ilin yanvar ayında "Sivasspor"dan ttransfer edib. Türkiyə U-21 millisinin üzvü Premyer Liqada 10 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi