"Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın şərəfini qoruduğu Moldova millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin I qrupunun ikinci turu çərçivəsində Osloda Norveç yığması ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 11:1 hesablı qələbəsi ilə başa çatıb.
Avram meydana start heyətində çıxıb və sona qədər oynayıb. Hazırda Moldovanın xalı yoxdur və turnir cədvəlində sonuncu, beşinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi