"Hamımız bilirik ki, Fransa yığmasının yeni baş məşqçisi kim olacaq"

22:48 - 10 Sentyabr 2025

Tyerri Anri bildirib ki, Didye Deşamın Fransa yığmasında varisi artıq müəyyənləşib.

Sportal.az xəbər verir ki, baş məşqçi daha əvvəl açıqlamışdı ki, 2026-cı il dünya çempionatından sonra milli komandadan ayrılacaq. Onun yerini Zinəddin Zidanın tutacağı gözlənilir. Fransanın sabiq hücumçusu Zidanın adını birbaşa çəkmədən ona işarə edib:

«Bilmirəm, nə cavab verim. Hamımız bilirik ki, yeni baş məşqçi kim olacaq. Siz də bilirsiniz, mən də bilirəm. Mən ona yalnız uğurlar arzulayıram". – deyə Anri CBS-ə bildirib.

Xəbər xətti