"Qalatasaray"da Viktor Osimhen şoku

15:15 - 9 Sentyabr 2025

Türkiyə çempionu "Qalatasaray"ın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Viktor Osimhen sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriya millisinin üzvü DÇ-2026-nın seçmə mərhələsinin Ruanda ilə matçında zədələnib. 26 yaşlı forvardın ayaq biləyində gərilmə və qanaxma aşkarlanıb.

Ulduz futbolçu 13 sentyabr tarixində "Eyüpspor"la keçiriləcək Super Liqa matçında iştirak etməyəcək. Onun ayın 18-də "Ayntraxt"la baş tutacaq Çempionlar Liqası oyununa kimi hazır olacağı ehtimal olunur.

Qeyd edək ki,  Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 3 Super Liqa matçında 2 qol vurub.

Xəbər xətti