"Atletik"də ciddi itki - "Qarabağ"la matçda oynaya biləcəkmi?

23:33 - 8 Sentyabr 2025

Niko Uilyams zədəyə görə bir neçə həftə meydana çıxa bilməyəcək.

Sportal.az xəbər verir ki, İspaniya millisinin və “Atletik”in (Bilbao) cinah hücumçusu Türkiyə ilə (6:0) keçirilən 2026 Dünya Çempionatının seçmə oyununda zədələnib.

Bilbao klubu açıqlayıb ki, futbolçunun sol budunun adduktor əzələsində orta dərəcəli zədə var. "Marca" nəşrinin məlumatına görə, Niko 6 həftəyədək oyunları buraxa bilər.

Qeyd edək ki, "Atletik" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Azərbaycan çempionunun Bilbao təmsilçisi ilə oyunu oktyabrın 22-də səfərdə baş tutacaq. Bu oyunda Uilyamsın oynayıb-oynamayacağı sual altındadır.

Xəbər xətti