Lamin Yamal Türkiyədə pasportunu itirdi - VİDEO

11:15 - 8 Sentyabr 2025

İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində səfərdə Türkiyəni 6:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qonaq komandanın futbolçusu Lamin Yamal Konya şəhərində keçirilən matçda pasportunu itirib.

18 yaşlı vingerin oyun bitdikdən sonra sənədini axtardığı anlar "Bəyaz TV"nin kamerasına tuş gəlib. "Barselona"nın futbolçusu pasportunu tapmadan stadionu tərk edib.

İspaniya Futbol Federasiyası vəziyyəti aydınlaşdırmaq üçün Türkiyə hökuməti ilə təmaslara başlayıb.

Xəbər xətti