Millimiz Ukrayna ilə oyundan əvvəl məşqə çıxdı - FOTOLAR

11:56 - 8 Sentyabr 2025

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Ukrayna seçməsini qəbul edəcək.

Sportal.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv bu gün oyunöncəsi son məşqini həyata keçirib.

Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Xəbər xətti