DÇ-2026-nın seçmə mərhələsinin oyunları davam edir.
Sportal.az xəbər verir ki, "Araz-Naxçıvan"ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova millisi doğma meydanda İsraili qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Kristian Avram da bu matçın iştirakçısı olub. 31 yaşlı qolkiper görüşə start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
Monteneqro yığması keçirdiyi 4 oyunun hamısında məğlub olub və sonuncu yerdədir.
saytlarin hazirlanmasi