UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Benfika"da ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi Uqo Felişlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya U-21 millisinin üzvü olan 21 yaşlı hücumameyilli yarımmüdafiəçi "Tondela"ya keçib.
Qeyd edək ki, "Qarabağ"Çempionlar Liqasında ilk turun oyunu çərçivəsində Portuqaliyada "Benfika"nın qonağı olacaq. Qarşılaşma 16 sentyabr tarixində keçiriləcək.
saytlarin hazirlanmasi