"Fənərbaxça" Portuqaliya klubu ilə danışıqlara başladı

10:51 - 4 Sentyabr 2025

"Braqa"nın yarımmüdafiəçisi Rodriqo Salasar karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

İstanbul nəhəngi 26 yaşlı 26 yaşlı orta xətt oyunçusu üçün onun klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Braqa" Rodriqo Salasarı 2023-cü ilin yayında "Şalke"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti