"Srvena Zvezda"nın hücumçusu "Qarabağ"ın hədəfində

10:33 - 3 Sentyabr 2025

“Qarabağ” heyətini “Srvena Zvezda”nın hücumçusu Şerif Ndiaye ilə gücləndirmək istəyib.

Belə ki, Ağdam təmsilçisi transfer siyahısında yer almış seneqallı forvarda prioritet kimi baxmayıb. Amma istənilən halda,klub  təcrübəli hücumçu ilə kontakta keçib.

Sportal.az saytına verilən məlumata görə, “Qarabağ” Şerif Ndiayenin keçidini qışda həll etməyə çalışacaq.

Futbolçunun özü də, Ağdam klubuna keçidə müsbət yanaşır. 29 yaşlı forvardın “Srvena Zvezda” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Seneqal millisində cəmi 1 oyuna çıxmış hücumçu “Vaasland-Beveron”, “Qoritsa”, “Göztepe”, “Şanxay Port”, “Adana Demirspor”da çıxış edib.

Xəbər xətti