"Neftçi"dən ayrılan müdafiəçi Azərbaycanda bu klubla anlaşdı - SON DƏQİQƏ

17:23 - 3 Sentyabr 2025

"Sumqayıt" heyətini daha bir transferlə gücləndirib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "kimyaçılar" sabiq futbolçusu Höccət Haqverdi ilə anlaşıb.

Təcrübəli müdafiəçi ilə uzun sürən danışıqlar müsbət nəticə verib.

32 yaşlı arxa xətt 2021-23-cü illər aralığında Sumqayıt təmsilçisinin formasını geyinib.

Son iki mövsümü ölkəmizdə "Neftçi"də keçirən Höccət həm də milli komandamızın üzvüdür.

Xəbər xətti