"Fənərbaxça"da 2 rəsmi ayrılıq

23:42 - 1 Sentyabr 2025

"Fənərbaxça"nın 2 futbolçusu komandadan ayrılıb.

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi Dieqo Karlos İtaliya təmsilçisi "Komo"ya 1 illik icarəyə verilib.

İstanbul nəhənginin gənc futbolçusu Yusuf Akçiçek isə Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal"la müqavilə imzalayıb. Futbolçunun satışından "Fənərbaxça" 22 milyon avro qazanacaq, növbəti satışdan isə 15 faiz qazanacaq.

Xəbər xətti