"Fənərbaxça" Kerem Aktürkoğlunun transferini rəsmən elan edib.
Sportal.az xəbər verir ki, Türkiyə klubu sabiq "Qalatasaray" vingeri ilə 4 illik müqavilə imzalayıb.
"Benfika"nın açıqlamasına görə, transferdən 22,5 milyon avro qazanılıb, əlavə 2,5 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.
Qeyd edək ki, Aktürkoğlu Portuqaliyada 1 mövsüm çıxış edib və çempionatda 30 oyunda 11 qol vurub.
saytlarin hazirlanmasi