Rasmus Hoylund "Napoli"nin oyunçusu olub.
Sportal.az xəbər verir ki, Neapol klubu "Mançester Yunayted"in hücumçusunu məcburi alqı-satım şərti ilə icarəyə götürdüyünü açıqlayıb.
Əvvəlcədən verilən xəbərlərə görə, italiyalılar icarə üçün 6 milyon avro, tam transfer üçün isə 44 milyon avro ödəyəcəklər. Bununla belə, alqı-satım şərti yalnız "Napoli"nin Çempionlar Liqasına vəsiqə qazanacağı halda qüvvəyə minəcək.
Danimarkalı futbolçu ötən mövsüm Premyer Liqada 32 oyunda iştirak edib və 4 qol vurub.
saytlarin hazirlanmasi