“Qarabağ”ın “Loryan”ın hücumçusu Sambu Sumanonu heyətinə cəlb etmək istəyi baş tutmaya bilər.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, hazırda tərəflər arasında intensiv danışıqlar gedir.
“Qarabağ” Çempionlar Liqası üçün sifariş ərizəsini sentyabrın 2-də UEFA-ya göndərməlidir. Odur ki, Ağdam təmsilçisi Fransa klubu ilə bu işi bitirməyə çalışır.
İnsayder Rudi Qaletti özünün X səhifəsində yazıb ki, Ağdam təmsilçisi 24 yaşlı seneqallı forvard üçün onun klubuna 2,5 milyon avro+500 min avro bonus təklif edib.
Bu məbləğ paketi indiyədək onunla maraqlanan digər klubların hamısının təklif etdiyindən daha yüksəkdir.
Afrikalı legioner Çempionlar Liqasında yarışacaq “Qarabağ”da oynamaq istəyir, artıq şəxsi müqavilə şərtlərinə də razılıq verib, lakin…
“Loryan”ın qazanmaq arzuladığı gəlir çox böyükdür. Başqa sözlə, tələblə təklif arasında böyük uçurum var.
Liqa 1 təmsilçisi Azərbaycan təmsilçisindən 4,5 milyon avro qoparmaq niyyətindədir və iki həftədən artıqdır danışıqların davam etməsinə baxmayaraq, hələ də bir addım geri çəkilməyib, güzəştə getməyiblər.
Bu səbəbdən tərəflərin anlaşmaq ehtimalı hələlik 50 faizdən o tərəfə keçmir.
Sumano ötən mövsüm Liqa-2-nin qalibi olmuş “Loryen”də 32 oyunda 14 qol vurub, 3 qolun ötürməsini edib. Bu mövsümdə isə o, Liqa-1-də 2 oyunda 1 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi