Fernandu Santuş İslandiyada mətbuat önünə çıxacaq

15:17 - 1 Sentyabr 2025

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, komandaların oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərinin vaxtı bəlli olub.

Qeyd edək ki, İslandiya - Azərbaycan matçı sentyabrın 5-də, Reykyavik şəhərindəki “Lauqardalsvollur” stadionunda keçiriləcək.

4 sentyabr

İslandiya milli komandası

15:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
16:45. Mətbuat konfransı

Azərbaycan milli komandası

21:45. Mətbuat konfransı
22:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Xəbər xətti