"Sabah" UEFA Gənclər Liqasında Fransa klubu ilə qarşılaşacaq

00:29 - 2 Sentyabr 2025

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqası çempionlar marşrutu üzrə püşkatma keçirilib.

Sportal.az xəbər verir ki, U-19 komandası ilə çıxış edən "Sabah" da rəqibini öyrənib. 2-ci mərhələdən mübarizəyə başlayan "Sabah" Fransanın "Nant" komandası ilə qarşılaşacaq. 2-ci mərhələnin oyunları 22 oktyabr və 5 noyabr tarixlərinə planlaşdırılıb.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə "Austria" (Avstriya) – "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. 3-cü mərhələnin qalibləri 1/16 final mərhələsinə yüksələcəklər.

Xəbər xətti