"Qalatasaray"ın futbolçusu Braziliya klubunda

09:18 - 2 Sentyabr 2025

"Qalatasaray" müdafiəçisi Karlos Kuestanı icarəyə verib. 

Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu "Vasko da Qama" ilə anlaşıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliya klubu 26 yaşlı oyunçu üçün "Qalatasaray"a 750 min avro ödəyəcək.

Kuestanının müqaviləsində həmçinin 5,7 milyon avro məbləğində satınalma bəndi də yer alıb.

Qeyd edək ki, Kuesta 2025-ci ilin fevralından “Qalatasaray”da forma geyinir və bu müddətdə 9 oyunda meydana çıxıb.

Xəbər xətti