Gündoğanın "Qalatasaray" transferi - detallar

23:29 - 2 Sentyabr 2025

Xəbər verdiyimiz kimi, İlkay Gündoğan "Mançester Siti"dən "Qalatasaray"a transfer olunub. 34 yaşlı Almaniyalı yarımmüdafiəçi ilə İstanbul klubu 2027-ci ilin yayına qədər müqavilə bağlayıb.

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın açıqlamasına görə, "şəhərlilər" futbolçunu pulsuz buraxıb. Türkiyədə Gündoğan ildə 4,5 milyon avro xalis maaş alacaq.

Təcrübəli yarımmüdafiəçi Mançester təmsilçisinin heyətində iki dönəmdə (2016–2023, 2024–2025) çıxış edib və ümumilikdə 14 kubok qazanıb. Onların arasında 5 Premyer Liqa titulu və Çempionlar Liqası da var.

Qeyd edək ki, Gündoğan "Mançester Siti"də bütün turnirlərdə 358 oyun keçirib, 65 qol vurub.

Xəbər xətti