"Barselona" müdafiəçi Hektor Fortu icarəyə verib.
Sportal.az xəbər verir ki, İspaniya çempionu 19 yaşlı futbolçunu "Elçe"yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı sağ cinah müdafiəçisi gələn ilin yayına kimi La Liqa klubunun formasını geyinəcək.
Qeyd edək ki, Hektor Fort "Barselona"nın yetirməsidir. İspaniya U-20 millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 21 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi