"Qalatasaray" Səudiyyə Ərəbistanının NEOM klubunun transfer etmək istədiyi Barış Alper Yılmazla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi türkiyəli vingeri satmayacaq. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.
"Sarı-qırmızılar" ərəblərin 25 yaşlı oyunçu üçün göndərdiyi bütün təklifləri rədd edib. Futbolçu "cim bom"da qalacaq.
Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2022-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm ölkə çempionunun heyətində meydana çıxdığı 2 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi