Orxan Məmmədov yüksək bal toplayan futbolçu ilə görüşdü - FOTO

18:12 - 2 Sentyabr 2025

Bu il qəbul imtahanlarında yüksək bal toplayanlar arasında “Zirə”nin U-19 komandasının üzvü Əbülhəsən Məmmədov da var.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu münasibətlə klubun idarə heyətinin sədri Orxan Məmmədov, həmçinin futbolçunun qəbul olduğu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 696 bal toplayan oyunçuyla görüşüb.


Xəbər xətti