"Liverpul" İngiltərə millisinin üzvünü icarəyə verdi

17:34 - 2 Sentyabr 2025

İngiltərənin "Aston" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Liverpul"dan Harvi Elliottu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə U-21 millisinin üzvü 2025/2026 mövsümünü "Aston Villa"da keçirəcək.

Qeyd edək ki, "Liverpul" Harvi Elliottu 2019-cu ilin yayında"Fulhem"in akademiyasından transfer edib. 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm"qırmızılar"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti