Joze Mourinyo Rusiyada çalışmaq istəyir

19:55 - 2 Sentyabr 2025

"Fənərbaxça"dan ayrılan Joze Mourinyo Rusiyada çalışa bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis meneceri vasitəsilə bəzi klublarla danışıqlara başlayıb. Bu barədə "Euro Football" məlumat yayıb.

Mourinyo Rusiyada işləməyə isti yanaşır. 62 yaşlı məşqçi köməkçiləri ilə birlikdə illik 20 milyon avro maaş və 2 illik müqavilə istəyir.

Qeyd edək ki, "Fənərbaxça" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya məğlub olduqdan sonra Joze Mourinyo istefaya göndərilib.

Xəbər xətti