"Beşiktaş"ı Braziliya klubuna dəyişdi - RƏSMİ

16:20 - 2 Sentyabr 2025

"Beşiktaş"ın futbolçusu Keni Arroyo karyerasını Braziliyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi ekvadorlu vingeri "Kruzeyro"ya satıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Ağ-qaralar" Arroyonun satışından 8 milyon avro gəlir əldə edib. 19 yaşlı ön xətt oyunçusu A Seriyası təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Beşiktaş" Keni Arroyonu bu ilin fevral ayında ölkəsinin "İndependyente" klubundan transfer etmişdi. Gənc futbolçu "qara qartallar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti