"Qarabağ" Çempionlar Liqasının liqa mərhələsində də uğur qazanmaq üçün əlindən gələni edəcək"

13:57 - 3 Sentyabr 2025

"Əminəm ki, "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsində də uğur qazanmaq üçün əlindən gələni edəcək. Bunun üçün komandamızın gücü də var".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran forvardı Samir Musayev deyib.

Ağdam klubunun sabiq hücumçusu Azərbaycan çempionunun "Liverpul", "Çelsi"(hər ikisi İngiltərə), "Benfika"(Portuqaliya), "Napoli"(İtaliya), "Atletik"(Bilbao, İspaniya), "Ayntraxt"(Frankfrut), "Ayaks"(Niderland), "Kopenhagen"(Danimarka) klubları ilə görüşlərdəki şanslarını dəyərləndirib:

"Hər şeyin bir ilki var. Qismətimizdə bu komandalarla oynamaq da var imiş. Məncə, bu oyunlar "Qarabağ"ın gələcəkdə daha yaxşı olması üçün də bir təkandır. İngiltərə komandaları ilə çətin olacaq. Digərləri ilə də həmçinin. Ancaq komandamıza güvənimiz sonsuzdur. "Qarabağ" bu komandalarla mübarizənin ən yaxşısını aparacaq. Hər məğlubiyyət də bir təcrübədir. Hər qalibiyyət isə uğurlu gələcəyə inamdır. "Qarabağ"a, Qurban Qurbanova inanmaq, futbolçulara dəstək olmaq lazımdır. Unutmayaq ki, biz Qarabağın adını daşıyırıq. Bu adın özü məsuliyyətdir".

Xəbər xətti