"Atletik" "Əl-Nəsr"in müdafiəçisi Aymerik Laportun transferini reallaşdıra bilməyib.
Sportal.az xəbər verir ki, Bilbao təmsilçisi rəsmi saytında "Əl-Nəsr"in müdafiəçisi Aymerik Laportun transferinin uğursuzluğu ilə bağlı rəsmi açıqlama yayıb.
Qeyd olunur ki, FİFA beynəlxalq transfer sertifikatı (CTI) verməkdən imtina edib və bu, hazırda futbolçunun qeydiyyatını mümkünsüzləşdirib.
Lakin son ana qədər "Atletik" mövcud reqlament çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün mümkün yollar axtarmağa davam edir.
"Atletik" tam şəffaflığa və bütün prosedurlar başa çatdıqdan sonra hərtərəfli izahat vermək öhdəliyinə zəmanət verir".
Aymerik Laport "Atletik"in yetirməsidir və "Mançester Siti"də çıxış edib. Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində oktyabrın 22-də “Atletik”in qonağı olacaq.