Haci Super Liqa klubunda - RƏSMİ

15:45 - 4 Sentyabr 2025

"Qalatasaray"ın əfsanəvi futbolçusu George Hacinin oğlu Yanis Haci karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Alanyaspor" rumıniyalı hücumameyilli yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqa təmsilçisi 26 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Yanis Hacinin son klubu "Reyncers" olub.

Xəbər xətti