"Everton"un müdafiəçisi millimizlə oyunu buraxacaq

13:42 - 4 Sentyabr 2025

DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Azərbaycan millisinin qonağı olacaq Ukrayna seçməsinin heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, sol cinah müdafiəçisi Vitali Mikolenko sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Everton"un futbolçusu klubunda zədə alıb. Onun əvəzinə Kiyev "Dinamo"sundan Vladislav Dubinçak yığmaya dəvət olunub.

Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması 9 sentyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti