2 cüdoçumuz Avropa çempionu oldu

19:41 - 4 Sentyabr 2025

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

Sportal.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb. 

Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla tamamlayıb.

Aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.

Xəbər xətti