"Mançester Yunayted"in futbolçusu yayda Səudiyyə Ərəbistanına üz tuta bilərdi...

10:13 - 7 Sentyabr 2025

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes yayda başqa kluba keçə bilərdi.

Sportal.az xəbər verir ki, bu barədə Talksport məlumat yayıb. Mənbənin məlumatına görə, 30 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanından üç təklifi rədd edib və “qırmızı şeytanlar"da qalmağa qərar verib. Bununla belə, səudiyyəlilər Fernandeşi transfer etmək cəhdlərindən əl çəkmirlər və növbəti yay bunu reallaşdırmağı ümid edirlər.

Fernandes 2020-ci ildən İngiltərə klubunda çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 294 oyun keçirib, 99 qol və 86 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Transfermarkt oyunçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Xəbər xətti