Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-nın seçmə mərhələsində Şimali İrlandiya ilə oyun öncəsi əhval-ruhiyyəsindən danışıb.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, bir gün əvvəl Bundestim səfərdə iki cavabsız qol buraxaraq Slovakiyaya məğlub olmuşdu.
Təcrübəli mütəxəssis bu gün keçiriləcək oyun barədə bunları deyib: "Mən hər matçda qalib gəlmək istəyirəm və istefa vermək haqda düşünmürəm. Jurnalistlərin nə yazdığını bilirəm, amma buna fikir vermirəm. Axı mən jurnalistlərdən ibarət komandanın məşqçisi deyiləm".
Almaniya - Şimali İrlandiya oyunu bu gün keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.