"Beşiktaş" müdafiəçisini icarəyə verir

21:57 - 7 Sentyabr 2025

"Beşiktaş"ın müdafiəçisi Tayyip Talha Sanuç Super Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Qaziantep" türkiyəli futbolçunun keçidini həll edib. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Qaziantep təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisini icarəyə götürəcək.

Qeyd edək ki, "Beşiktaş" Tayyip Talha Sanuçu 2022-ci ilin yayında "Adana Demirspor"dan transfer edib. Türkiyə millisinin sabiq üzvü bu mövsüm "qara qartallar"ın heyətində 2 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti