"Azərbaycana qarşı asan olmayacaq, lakin qalib gəlmək lazımdır"

17:22 - 7 Sentyabr 2025

Keçmiş ukraynalı futbolçu Mixailo Kopolovets 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunun 2-ci turunda Azərbaycan millisi ilə Bakıda keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb (9 sentyabr).

Sportal.az xəbər verir ki, “Tribuna.com”a açıqlama verən veteran futbolçu millimiz barədə fikirlərini söyləyib:

"Hər hansı mövqelərə sahib çıxmaq istəyiriksə və ya bir yerə çatmaq istəyiriksə, mütləq bu komandanı məğlub etməliyik. Əgər bu komandanı məğlub etməsək, deməli, burada söyləyəcək heç bir şey yoxdur. Bu obyektivdir. Mən başa düşürəm ki, hər kəs futbol oynamağı öyrənib. Bizim ən yaxşı vaxtımız və nəticələrimiz yoxdur, amma meydana çıxıb oynamalıyıq. Bu, asan olmayacaq, amma qalib gəlmək lazımdır".

41 yaşlı futbolçu karyerası ərzində "Zakarpattia", "Karpatı", "Hoverla", "Minay" klublarında oynayıb.

Xəbər xətti