"Qısa müddətdə əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir" - millimizin məşqçisi

12:35 - 8 Sentyabr 2025

Azərbaycan milli komandasının məşqçisi Rəşad Eyyubov DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə matçından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Sportal.az mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

"Məşqimizi plana uyğun keçirmişik. Qısa müddətdə əsas işimiz əhval-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındığını sabah görəcəyik. Keyfiyyət baxımından futbol kollektiv oyundur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, yaxşı  oyun göstərmək üçün gücümüz, keyfiyyətimiz var".

Mirbağırağa

Xəbər xətti