"Qarabağ"ın ÇL-də bu dəfə daha çox xal yığacağına inanıram" - Premyer Liqa klubunun kapitanı

10:47 - 8 Sentyabr 2025

"Karvan-Yevlax"ın kapitanı, “Qarabağ”ın sabiq müdafiəçisi Elvin Yunuszadə Sportal.az saytına açıqlama verib. O, Misli Premyer Liqasının 3-cü turunda "Qarabağ"a qarşı keçirdikləri görüşü şərh edib: "Xal götürə biləcəyimizi düşünürdük. "Qarabağ"ın gücünə də bələdik. Məncə, komandamız xal götürə bilərdi. Pis təsirə bağışlamadıq. Yeni komanda olsaq belə, pis deyildik. Əlbəttə ki, ustalıq səviyyəsi də öz sözünü deyir. Amma biz bu oyunu unutmalıyıq. Növbəti matçları düşünməliyik. Növbəti görüşlərə hazırlaşacağıq".

O, "Karvan-Yevlax"ın bu mövsüm Premyer Liqada əsas hədəfindən də  danışıb: "Komandanın sırf qarşısına qoyulan məqsəd odur ki, elitada qalaq. Bunu təmin etməliyik. Çalışdığımız qədər ən yaxşı pilləyə qalxmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik".

"Qarabağ"ın heyətində 2017/2018 mövsümündə Çempionlar Liqasında oynamış Yunuszadə Ağdam klubunun bu dəfəki uğuruna da şərh verib: "Həmin vaxtı qrup mərhələsində oynamaq, xal yığmaq baxımından daha çətin idi. İndi inanıram ki, "Qarabağ" daha çox xal yığacaq. "Qarabağ"a uğurlar arzulayırıq. Düşünürəm ki, Azərbaycanı layiqincə təmsil edəcəklər. Bəli, rəqiblər güclüdür, yaxşı komandalardır. "Qarabağ" da yaxşı komandadır. Onların uğurlu nəticələrinə inanıram. Hər halda, komanda yeni formatda keçirilən əsas mərhələyə qədər irəlilədi. “Qarabağ”ın yaxşı komandası var. Ümidvaram ki, hər şey onlar üçün yaxşı alınacaq".

Mirbağırağa

Xəbər xətti