"Fənərbaxça"dan ayrıldı, Çempionlar Liqasında oynayacaq

14:48 - 8 Sentyabr 2025

“Fənərbaxça”nın futbolçusu Onyen Mimoviç karyerasını Kiprdə davam etdirəcək.

Sportal.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi "Pafos"la anlaşıb.

Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Serbiya millisində 2 matça çıxmış müdafiəçi bir ili icarə əsasında Çempionlar Liqasında iştirak edən “Pafos”da keçirəcək. Mimoviç bu ilin yanvarında "Srvena Zvezda”dan 6,7 milyon avro qarşılığında transfer olunmuşdu.

O, bundan savayı “OFK Beoqrad”, “Zenit”klublarında oynayıb.

Xəbər xətti